Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” videoreklama görə 1 milyon dollar istəyir


Bu ilin yayında “Facebook”da istifadəyə verilməsi planlaşdırılan videoreklam yüksək qiyməti ilə seçiləcək. Şirkətə yaxın mənbələrə istinadən “Ad Age” bildirir ki, “Facebook” 15 saniyəlik çarxa görə reklam verənlərdən 1 milyon dollar istəyir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, nəşrin məlumatına əsasən, “Facebook” cari ilin iyun və ya iyul aylarında ilk sifarişləri almaq üçün iri reklam agentlikləri ilə danışıqlar aparır.

Emil Hüseynov




18/04/13    Çap et