Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” 12 000-ə yaxın plastik kartın emissiyasını planlaşdırır


Hal-hazırda 9000-dən çox "MasterCard" loqolu əməkhaqqı kartı "Azərpoçt" MMC tərəfindən emissiya edilərək müştərilərə təqdim olunub. Bu barədə müəssisədən verilən məlumatda bildirilir ki, MMC-nin korporativ müştərilərlə yanaşı, fiziki (50 nəfər) müştəriləri də mövcuddur.

Bu il 12 000-ə yaxın plastik kartın emissiyasını planlaşdırır. "Azərpoçt" MMC müştərilərinin Beynəlxalq ödəniş sisteminin imkanlarından yararlanması məqsədi ilə "Visa İnternational" Beynəlxalq ödəniş sistemilə əməkdaşlıq çərçivəsində bütün "Visa" loqolu kartların terminallarımızda ekvayrinqinə şərait yaradılıb.

Müştərilərin istək və arzularına uyğun olaraq "MasterCard" loqolu Plastik kartlar "Maestro", "MC Standard", "MC Gold", "MC Platinium" olaraq təsnifləndirilib.

RƏVAN




18/04/13    Çap et