Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda çağırışçılar hərbi xidmət keçmə yerini əvvəlcədən elektron qaydada öyrənə biləcəklər


Həqiqi hərbi xidmətə çağırılan çağırışçılar hərbi xidmət keçmə yerini əvvəlcədən elektron qaydada öyrənə bilərlər.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bununla əlaqədar olaraq Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytının (seferberlik.gov.az) “Elektron xidmət” bölməsində “Hərbi xidmət” adlı elektron xidmət istifadəyə verilib. Sözügedən xidmətdən istifadə etmək üçün çağırışçı adını, soyadını, atasının adını, təvəllüdünü, həmçinin qeydiyyatda olduğu idarənin adını müvafiq xanalara daxil etdikdən sonra “Axtar” düyməsini sıxmalıdır.


Axtarış prosedurunun düzgün həyata keçirilməsi nəticəsində çağırışçı hərbi xidmət keçmə yeri barədə məlumat əldə edir.

CAHANGİR




18/04/13    Çap et