Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“eBay” güclənir


“eBay” internet-hərracı 2013-cü ilin birinci rübü üzrə hesabat dərc edib. Şirkət 3 ay ərzində 3,75 milyard dollar həcmində gəlir əldə edib. Bu, 2012-ci ilin birinci rübü üzrə qeydə alınmış gəlirin həcmindən 14% çoxdur.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, xalis mənfəətin həcmi 19% artaraq 677 milyon dollar olub. İnternet-hərracın ödəniş sistemi istiqamətində sabit artım qeydə alınıb: “PayPal”ın rüblük mədaxili 18% artaraq 1.55 milyard dollar olub.

Adıçəkilən sistemin aktiv abunəçilərinin sayı il ərzində 16% artaraq 128 milyona çatıb. Ticarət biznesi seqmentində qeydə alınmış rüblük mədaxil 1.96 milyard dollar olub.

Emil Hüseynov




18/04/13    Çap et