Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəncədə vətəndaşların telefon, internet çəkilişi və poçtla bağlı müraciətlərinə baxılıb


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün Gəncə şəhərində vətəndaşların qəbulunu keçirib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə cari il ərzində Gəncə və ətraf 11 rayondan daxil olan 100 müraciətdən 70-dən çoxu həll olunub, 27-nə isə bu gün qəbul zamanı baxılıb. Müraciətlər əsasən, Cavad xan, Məhsəti, Natəvan, Sevinc və Sadıllı qəsəbələrinin sakinlərindən telefon, internet çəkilişi və poçt şöbə və filiallarında xidmət keyfiyyətinin artırılması ilə əlaqədar olub.

Vətəndaşların nəzərinə çatdırılıb ki, Cavad xan və Sadıllı qəsəbələrində yeni ATS-lər tikiləcək.


Görüşdə nazir əhalinin genişzolaqlı internetdən istifadəsi üçün Dövlət Neft Fondu ilə birgə layihənin həyata keçirildiyini bildirib. Əli Abbasov onu da vurğulayıb ki, İKT sahəsinin inkişafı üçün Gəncədəki potensial işçi kadrlardan istifadə ediləcək.

Nazir Gəncə Telekommunikasiya İdarəsində 38 vakant yerə Azərbaycan Texnologiya Universitetinin məzunlarının cəlb olunması barədə tapşırıq verib. Qeyd edək ki, nazir Azərbaycan Texnologiya Universitetində də gənclərlə görüş keçirəcək.

RƏVAN




19/04/13    Çap et