Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”: “Gmail”də son nasazlıqlar autentifikasiya sisteminin həddən artıq yüklənməsi ilə bağlı olub


“Google” şirkəti bildirib ki, “Gmail” və “GDrive” poçt sistemlərinin işində nasazlıqlar milyonlarla istifadəçinin “Google” şirkətinin bir sıra əlavələrindən istifadəni mümkünsüz edib, bu da istifadəçilərin düzgün olmayan autentifikasiya sistemi konfiqurasiyasından istifadəsi nəticəsində baş verib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, problem bir neçə saat ərzində aradan qaldırılıb.

Hazırda “Google” şirkətindən bildirirlər ki, işçi personal autentifikasiya sistemini düzgün konfiqurasiya etməyib, nəticədə sistemə daxil olma sorğusu az sayda serverin payına düşüb, onlar isə tez yükləndikdən bütün qoşulma sorğularını təmin edə bilməyib.

“Google” şirkətindən bildiriblər ki, bu nasazlıqdan sonra şirkət bir sıra tədbirlər görüb ki, gələcəkdə belə hallar təkrar edilməsin, o cümlədən, yüklənmə haqda məlumatlandırma sistemini tətbiq etməklə, şirkət serverlərin yüklənməsi monitorinqi sistemini yaxşılaşdırıb.

Aynur Vəliyeva




22/04/13    Çap et