Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dəmir yolu nəqliyyatında müasir logistika sistemi qurula bilər


Azərbaycan Nəqliyyat Nazirliyində Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Nəqliyyat şöbəsinin direktoru xanım Xiaohong Yangın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, qonaqlar nəqliyyat nazirinin müavini cənab Musa Pənahovla görüşüb. Görüş zamanı Asiya İnkişaf Bankı tərəfindən Azərbaycan Dəmir yollarının infrastrukturunun inkişafı üçün kreditin ayrılması təklifi irəli sürülüb. Bu kredit hesabına dəmir yolu nəqliyyatının yol infrastrukturunun müasir tələblərə uyğun yeniləşdirilməsi, həmçinin Sanqaçal və Biləcəri stansiyalarının rekonstruksiyasının həyata keçirilməsi nəzərdə tutulub.

Tərəflər, həmçinin, respublikamızın tranzit potensialının artırılması məqsədilə Azərbaycan Dəmir Yolunun 2020-ci ilə qədər İnkişaf Proqramının və müasir logistika sisteminin qurulması layihəsi və digər məsələlər ətrafında da geniş müzakirələr aparıblar.

Aynur Vəliyeva




22/04/13    Çap et