Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq istifadəçilər “Elektron hökumət” portalında telefon nömrəsi üzrə axtarış edə bilərlər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin növbəti yeni xidməti “Elektron hökumət” portalı vasitəsilə vətəndaşların istifadəsinə təqdim edilib.

“ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, bu elektron xidmət “Telefon nömrəsi üzrə axtarış” adlanır. Telefon nömrəsini daxil etdikdən sonra istifadəçilər bir sıra məlumatları əldə etmək imkanına malik olurlar.

Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Sözügedən xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir.

CAHANGİR




23/04/13    Çap et