Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkətinin gəliri ikiqat artacaq


“Piper Jaffray” şirkətindən analitik Cin Myunster 216 mobil telefon sahibi arasında sorğu keçirib. Nəticəyə əsasən belə qərara gəlib ki, yeni “iPhone” modelinin istehsalı “Apple” şirkətinə smartfon bazarında gəliri ikiqat artırmağa və “Android”i təqib etməyə kömək edəcək. 64% sorğu iştirakçısı növbəti mobil telefon kimi “iPhone”-u almağa hazırlaşdıqlarını bildiriblər. Bu istifadəçilərdən 29%-i artıq "alma" kommunikatoruna malikdirlər, 28% “BlackBerry” qurğularından istifadə edir, 17% isə “Adnroid” qurğulara üstünlük verirlər. Tədqiqatının nəticəsinə əsasən Myunster bildirib ki, yüksək tələbat “Verizon” operatoruna gələn rübdə planlaşdırılan 3.8 milyondan daha çox “iPhone” satmağa icazə verəcək. Analitik proqnozlaşdırıb ki, gələn rübdə “iPhone”-nun satış həcmi 22 milyona çatacaq.


www.dailycomm.ru




03/08/11    Çap et