Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gənclərin karyera qurması üçün internet portal yaradıldı


Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqə çərçivəsində "Demokratik Gənclər İctimai Birliyi tərəfindən "Peşələri məsafədən seçək!" distant məlumat məsləhət xidmətinin yaradılması layihəsi həyata keçirilir.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, layihə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində "www.karyeram.az" internet portal hazırlanıb. Peşə seçimi ilə bağlı yaradılan internet portalda gənclər öz CV-ni yerləşdirə bilərlər.

Gənclər portal vasitəsi ilə özlərinin bacarıqlarının hansı istiqamətə daha uyğun olduqlarının müəyyən edilməsi, müxtəlif iş və peşə seçimi imkanları, distant təhsil vasitəsi ilə müxtəlif kurslardan keçmə imkanlarına, eyni zamanda interaktiv məlumat – məsləhət xidmətlərinin alması kimi imkanlara malik olacaqlar.

Bu portalda interaktiv elektron resurslar, gənclərin karyera hazırlığı ilə əlaqədar videoçarxlar öz əksini tapmışdır. Bu portalda gənclər üçün, maraqlı biznes ideyalar, qrant müsabiqələri, iş yerləri haqqında məlumatlar da öz əksini tapıb.

SEYMUR




24/04/13    Çap et