Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube” ilə bağlı yeni statistika dərc edilib


Düz 8 il bundan əvvəl "YouTube" videohostinqinə ilk 19 saniyəlik videoçarx yüklənib. Bu əlamətdar hadisə ilə əlaqədar dünyanın ən böyük videohostinqinin administrasiyası yeni statistik məlumatlar dərc edib.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, yeni statistik məlumatlara əsasən, hazırda "YouTube" videohostinqinə ay ərzində 1 milyarddan çox unikal istifadəçi daxil olur və onların hər biri bu müddət ərzində orta hesabla 4 saatlıq videoya baxırlar.

Hər dəqiqə "YouTube"-a 72 saatlıq videoçarx yüklənir. "YouTube" hazırda dünyanın 61 dilinə çevrilib və 53 ölkədə rəsmi fəaliyyət göstərir.

Emil Hüseynov




25/04/13    Çap et