Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WWDC” tədbirinin keçiriləcəyi tarix məlum olub


“Apple” şirkətinin təşkilatçılığı ilə keçirilən tərtibatçıların illik ümumdünya konfransı (Worldwide Developers Conference, WWDC) bu il iyunun 10-dan 14-dək San-Fransiskonun “Moskone West” sərgi mərkəzində keçiriləcək.

Aprelin 25-dən etibarən Amerika şirkətinin saytında “WWDC” tədbiri üçün biletlərin satışına başlanılacaq. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, konfrans adətən “Apple”-ın direktorunun çıxışı ilə başlayır.

“Alma” şirkəti çox vaxt “WWDC” tədbirindən yeni məhsullarının elanı üçün meydança kimi istifadə edir. 2013-cü ildə sözügedən şirkətin konfransda “OS X” və “iOS” əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edəcəyi gözlənilir.

Emil Hüseynov




25/04/13    Çap et