Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda müəllif hüquqları sahəsində “One stop shops concept” əsasında qeydiyyat sistemi yaradılacaq


Azərbaycan Müəllif Hüquqları Agentliyi “One stop shops concept” əsasında qeydiyyat sistemi yaratmaq niyyətindədir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Müəllif hüquqları agentliyinin sədri Kamran İmanov bildirib ki, bu sistem qlobal informasiya infrastrukturu fəaliyyət göstərən mühitdə vahid hüquqların idarəetmə mərkəzlərinin yaradılmasını nəzərdə tutur. “Bu sistem hüquqların idarə edilməsi haqda məlumatlardan ibarətdir (clearing houses) və təqdim edilən məlumatların doğruluğuna olan tələbləri artırır. Bununla yanaşı, biz onlayn rejimdə lisenziyaların verilməsini təmin etmək üzrə işlər aparırıq”, - deyə o bildirib.

Aynur Vəliyeva




26/04/13    Çap et