Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Microsoft Office" sənədlərini "Chrome" brauzerində açmaq mümkündür


"Google Chrome" brauzerinin istifadəçiləri artıq "Microsoft Office" sənədlərini birbaşa brauzerdə aça biləcəklər. Bunun üçün brauzerə "Chrome Office Viewer" genişlənməsini yükləmək lazımdır.

Sözügedən genişlənmənin əsas üstünlüklərindən biri istifadəçinin kompüterini zərərli proqram təminatından yüksək səviyyədə mühafizə edir. Plaqindən istifadə zamanı fayllar xüsusi təcrid olunmuş mühitdə icra olunur.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, əvvəllər sözügedən genişlənmə yalnız "Chromebook" cihazının istifadəçilərinə əlçatan idi. Həmçinin onu "Windows" və "Mac" əməliyyat sistemləri ilə işləyən kompüterlərdə işə salmaq mümkündür.

Genişlənmə hələ ki "Chrome" brauzerinin final versiyası üçün əlçatan deyil. Ondan istifadə üçün sözügedən brauzerin beta-versiyasından istifadə etmək lazımdır.

Emil Hüseynov




27/04/13    Çap et