Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Startup Azərbaycan” layihəsinin Sumqayıtda toplantısı keçirib


Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında "Startup Azərbaycan" layihəsi çərçivəsində developerlərin, proqramçıların, İT mütəxəssislərin, ekspertlərin toplantısı keçirilib.

AzərTAc xəbər verir ki, StartUp Azərbaycan Təşkilat Komitəsinin üzvü Osman Gündüz Startup Azərbaycan layihəsinin məqsədi haqqında geniş məlumat vermişdir. O, həmçinin yekun təqdimat mərasiminin və finalçıların investorlarla görüşlərinin iyunun sonlarında keçiriləcəyini qeyd edib.




29/04/13    Çap et