Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” ölümdən xilas etdi


İsrail polisi “Facebook” sosial şəbəkəsində ailədə daimi işgəncəyə məruz qalmasından şikayət etmiş 14 yaşlı yeniyetmənin valideynlərini həbs edib. Yerli radio xəbər verib ki, məhkəmə valideynlərin həbs edilməsi müddətini bazar ertəsinədək uzadıb və onların uşaqları sosial himayə orqanlarının işçilərinə təhvil verilib.

“ICTnews.az” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki, zərərçəkmiş yeniyetmə öz müraciətini İsrail polisinin “Facebook” səhifəsində yerləşdirib və bildirib ki, artıq 6 ildir işgəncəyə məruz qalır. “Onlar mübahisə edəndə atamın gözlərinə baxıram və o əsəbiləşir və məni döyür” – yeniyetmə oğlan yazıb.

Nəticədə onun qeyd etdiyi ünvana göndərilmiş dəstə ilkin yoxlama apardıqdan sonra yeniyetmənin bədənində döymə izləri aşkar ediblər. Bundan sonra onun valideynləri həbs edilib.

Emil Hüseynov




29/04/13    Çap et