Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfon bazarı: metal korpuslar aktuallıqlarını itirməyiblər


Aşağı qiymətli, plastik korpuslara malik smartfonlara tələbatın artması nəticəsində metal korpuslu smartfonların bazardan çıxarılması ilə bağlı proqnozlar özünü doğrultmayıb.

Smartfonlar üçün metal korpusların istehsalı ilə bağlı sifarişlərin əsas hissəsini alan “Catcher Technology” və “Casetek” şirkətlərinin nümayəndələri hesab edirlər ki, onların istehsal etdiyi məhsulların ömrünü başa vurmasına hələ var.

“Ağıllı” telefonların bir sıra aparıcı istehsalçıları onların buraxdığı “high-end” səviyyəli aparatların eksklüzivliyini nəzərə çarpdırmaq üçün və hətta orta qiymət seqmentinə aid modellər istehsalında metal keyslərə üstünlük verirlər.

“Catcher Technology” və “Casetek” şirkətlərinin optimizmi fonunda “Apple” şirkəti, bu ilin payızında satışa çıxaracağı, yeni büdcəli “iPhone” istehsalında plastik korpusdan istifadə etmək niyyətindədir. Korporasiyanın bu təşəbbüsünün digər vendorlar üçün nə qədər örnək olacağı sual altındadır.

Aynur Vəliyeva




29/04/13    Çap et