Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” internet telefoniya xidməti “Outlook” ilə inteqrasiya ediləcək


"Microsoft" şirkəti "Skype" internet telefoniya xidmətinin "Outlook" poçt xidməti ilə inteqrasiya edilmiş sınaq versiyasını təqdim edib. Bu barədə "Skype"-ın rəsmi bloqunda yazılıb.

"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, yeni xidmət əvvəlcə Böyük Britaniyada işə salınacaq, yaxın həftələr ərzində isə ABŞ və Almaniya istifadəçilərinə əlçatan olacaq. Bloqda qeyd edilib ki, xidmət bu yay bütün dünyada işləyəcək.

"Microsoft" şirkətinin poçt xidməti ilə interqrasiya ediləcək "Skype" xidməti səs və video ünsiyyətdən başqa, həmçinin mətn mesajları ilə mübadilə etməyə imkan verəcək.

Həmçinin "Skype" xidmətindəki bütün kontaktları "Outlook" poçt xidmətinə əlavə etmək mümkün olacaq.

Emil Hüseynov




01/05/13    Çap et