Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni sukeçirməyən smartfon təqdim edilib


Yaponiyanın "Sony" şirkəti yeni "Xperia ZR" smartfonunu təqdim edib. "ICTnews.az" elektron xəbər xidməti "telegraf.com.ua" saytına istinadən bildirir ki, sözügedən aparatın əsas dizaynı "Xperia Z" smartfonunu xatırladacaq.

Digər texniki xüsusiyyətlər aşağıdakılardır:

• 1280x720 piksel təsvir ölçülü 4.6 düymlü ekran;

• 1.5 QHs takt tezliyində dördnüvəli "Qualcomm Snapdragon" prosessoru;

• 2 QB əməli yaddaş;

• 13 meqapiksellik əsas kamera;

• 8 QB-lıq daxili fləş-yaddaş. Onu "MicroSD" kartı vasitəsilə artırmaq mümkündür.

• Akkumulyatorun tutumu 2300 milliamper/saatdır. Smartfonun çıxarılma tarixi barədə hələ ki heç bir məlumat yoxdur.


Emil Hüseynov




02/05/13    Çap et