Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zərifə Əliyevanın 90 illiyinə həsr olunmuş marka buraxılıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş suvenir poçt bloku dövriyyəyə buraxılıb.

Marka üzərində məşhur alimin fotoşəkili, blokda isə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi əks olunub.

Poçt blokunun tirajı 7 min ədəd, nominal dəyəri 1 manat təşkil edir.




02/05/13    Çap et