Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Avast" şirkəti "Secure.me" xidmətini satın alıb


"AVAST Software" şirkəti məxfiliyin mühafizəsi üçün həllər istehsalçısı "secure.me" xidmətini satın alıb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "yeni satınalma şirkətin informasiya təhlükəsizliyi sahəsində mövqeyini möhkəmləndirir" - "AVAST" şirkətinin baş direktoru Vinsent Stekler deyib.

"secure.me xidmətinin fərdi məlumatların mühafizəsi üzrə qabaqcıl texnologiyalarından öz təhlükəsizlik funksiyalarımızda istifadə etməklə biz müştərilərimizinqurğularını zərərli proqramlardan daha yaxşı mühafizə edəcəyik".

Emil Hüseynov




04/05/13    Çap et