Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sualtı çəkiliş üçün fotoaparat


Satışa zərbəyə davamlı, su keçirməyən futlyara bağlanmış Underwater Digi Cam-ın ucuz fotokamerası daxil olub. Suyun altında, 30 metr dərinlikdə işləyə bilən texnoloji yenilik cəmi 35 dollara təklif edilir. Şəkillərin çəkilişi və video yazılması saniyədə 30 kadr sürətlə dəstəklənir.
Fotoaparatın texniki xarakteristikası o qədər parlaq deyil: 1.3 meqapiksel matris və fiksə edilmiş fokus məsafəsi ilə 6,5 mm-ə bərabər obyektiv; inteqrasiya edilmiş yaddaşın həcmi — cəmi 16 MB, lakin 2 QB-a qədər tutumu olan MicroSD formatının fləş- kartlarından isifadə etmək olar, şəkli çəkilən obyektə qədər minimal məsafə —60 sm təşkil edir.
Təchizat 2 AAA-batareyadan həyata keçirilir. Kompyuterə qoşulma üçün USB port da nəzərdə tutulub.




02/06/11    Çap et