Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mayın sonuna kimi yeni platforma ilə işləyən smartfon istifadəyə veriləcək


"Nokia" şirkətini tərk edənlər tərəfindən yaradılmış Finlandiyanın "Jolla" startapı mayın sonunadək "Sailfish" əməliyyat sistemi (ƏS) ilə işləyən ilk mobil qurğusunu nümayiş etdirmək niyyətindədir.

Bu barədə "Jolla" proqram təminatının hazırlanması üzrə direktor Mark Dillon Pekində "GMIC" konfransı çərçivəsində məlumat verib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, onun sözlərinə görə, qurğu Pekində təsadüfən təqdim edilməyib. Belə ki, cihaz əsasən Çin bazarı üçün nəzərdə tutulacaq. "Sailfish" ƏS-i ilə işləyən ilk qurğu 5 düymlü "Lumia" smartfonuna oxşar qurğu olacaq.

Cihaz haqqında rəsmi məlumat yoxdur. Lakin Dillon deyib ki, yaxın həftələr ərzində bu barədə məlumat veriləcək.

Emil Hüseynov




08/05/13    Çap et