Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk fotosmartfon hazırlanır


"Sony" şirkəti yüksək keyfiyyətli fotolar çəkə bilən güclü "Android" smartfon hazırlayır. Yaponların yeni "kamerofon"u 16-20 meqapiksel təsvir ölçülü 1/16 düymlü fotosensor, "Carl Zeiss" optikası və ksenon parıltısı ilə təchiz ediləcək.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, sözügedən qurğu 2.3 QHs takt tezlikli "Qualcomm Snapdragon 800 CPU" prosessoru, 2 QB əməli yaddaş və 5 düymlü "Full HD" (1080p) displeyi ilə təchiz ediləcək. Akkumulyatorun tutumu 2700-3 000 milliamper/saat arasındadır.

Qurğunun payızda mağazalara çıxarılacağı gözlənilir.

Emil Hüseynov




10/05/13    Çap et