Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi iki dəfə artıb


Azərbaycanda bu ilin əvvəlindən pərakəndə ticarət bazarında əhaliyə 5,9 milyard manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu ilin yanvar-aprel aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,9 dəfə artaraq 700,8 min manat təşkil edib, satışın 87,8%-i hüquqi şəxslərin, 12,2 %-i fərdi sahibkarların hesabına reallaşmışdır.

Əhalinin onlayn rejimi vasitəsi ilə istehlak mallarının alınmasına ödədikləri vəsaitin 93,9%-i qeyri-ərzaq mallarının alınmasına sərf edilib.

Əmtəə bazarında satılmış məhsulların 3,2 milyard manatı ərzaq, 2,7 milyard manatı qeyri-ərzaq mallarının hesabına formalaşmış, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi artıb.

Aynur Vəliyeva




10/05/13    Çap et