Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi 9 faiz artıb


Azərbaycanda yanvar-aprel ayları ərzində informasiya və rabitə sahəsində göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artıb.

Dövlət Statistika Komitəsindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, bu ilin əvvəlindən informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 462,6 milyon manatlıq xidmət göstəriblər. Göstərilən xidmətlərin ümumi həcminin təqribən 333 milyon manatı və ya 72 faizi bilavasitə əhaliyə göstərilən xidmətlərin payına düşür.

İnformasiya və rabitə xidmətlərinin ümumi həcminin 59 faizi isə mobil rabitə sahəsinin payına düşüb.

Aynur Vəliyeva




14/05/13    Çap et