Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8” ödənişsiz olacaq


"Microsoft" korporasiyası bu ilin sonunadək "Windows 8" əməliyyat sistemi (ƏS) üçün ödənişsiz yeniləmə paketi çıxaracaq. Bu barədə sözügedən şirkətin marketinq və maliyyə direktoru Tami Reller Bostonda keçirilmiş “JP Morgan” investisiya bankının konfransında deyib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, əvvəlki plana əsasən, "Windows 8" üçün yeniləmə paketi “Windows Blue” adlanmalı idi. Tami Reller yeni sistemdə hansı dəyişikliklər ediləcəyinə toxunmayıb.

Analitiklərin fikrincə, şirkət yenidən “Başlat” düyməsini geri qaytara bilər. Yeniləmə paketinin dəqiq çıxarılma tarixi məlum deyil. "Microsoft" korporasiyası "Windows 8.1" ƏS-ni rəsmən iyunun 26-da təqdim etməyi planlaşdırır.

Emil Hüseynov




15/05/13    Çap et