Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Outlook.com” elektron poçtuna “Google Talk” inteqrasiya ediləcək


"Microsoft" şirkəti "Outlook.com" elektron poçtunun inkişafı ilə ciddi surətdə məşğul olmağa başlayıb. Belə ki, adıçəkilən şirkət elektron poçtuna yalnız öz layihələrini deyil, həm də rəqiblərinin məşhur xidmətlərini inteqrasiya etməyə başlayıb.

"The Verge" nəşri bildirib ki, "Outlook.com" elektron poçtuna "Google Talk" mətn mesajları ilə mübadilə xidməti inteqrasiya ediləcək.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, sözügedən populyar xidmət "Gmail" poçt xidmətinin bir hissəsidir.

Emil Hüseynov




15/05/13    Çap et