Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aktivləşdirilmiş “Android” smartfonların sayı 900 milyona çatıb


"Google I/O 2013" konfransının açılışı zamanı "Android" bölməsinin direktoru Sundar Piçai bildirib ki, "Android" platforması istifadəyə verilən andan istifadəçilər sözügedən platformada artıq 900 milyon smartfon aktivləşdiriblər.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, Sundar Piçainin sözlərinə görə, istifadəçilər "Android" platforması üçün 48 milyard tətbiq yükləyiblər.

Emil Hüseynov




16/05/13    Çap et