Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün 2 yaşımız tamam olur


17 may dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. Bu gün Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsindəki yüksək inkişaf tempi ilə dünya informasiya cəmiyyətinin fəal üzvlərindən biri kimi xarakterizə edilir. İnformasiya cəmiyyətinin qurulması üçün dayanıqlı informasiya sisteminin yaradılması əsas şərtlərdəndir.

Belə ki, informasiyalı cəmiyyətin yaradılması cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsindən keçir.

Artlq 2 ildir, "ICTnews" elektron xəbər xidməti olaraq bu şərəfli missiyanı öz üzərimizə götürmüşük. 17 may 2011-ci il tarixindən etibarən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ölkəmizdə və dünyada baş verən ən son yeniliklərlə bağlı gündəlik xəbər istehsalı ilə yanaşı, oxuculara sektor üzrə ən son hadisələri özündə ehtiva edən reportajlar, araşdırmalar, analitik yazılar, müsahibələr və digər informasiya janrlarında operativ məlumatlar təqdim edirik.

"Bizim məqsədimiz Sizi İKT sahəsində ən son yeniliklərdən xəbərdar etməkdir!" şüarını özünə deviz seçən saytda Azərbaycanda müasir informasiya texnologiyalarının tətbiqi, informasiya cəmiyyətinin formalaşması, ölkənin regionlarında rabitə şəbəkəsinin vəziyyəti, baş verən yeniliklər, mövcud problemlər, respublikanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafı, beynəlxalq rabitə sistemi, İKT sahəsində Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq konfranslar, forumlar və digər tədbirlər haqqında müəllif yazılarını və digər aktual məsələləri əhatə edən mütəxəssis yazılarını oxumaq mümkündür.




17/05/13    Çap et