Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Acer” şirkəti “Windows 8” əməliyyat sistemi ilə işləyən 8 düymlü planşet təqdim edib


Tayvanın "Acer" şirkəti "Windows 8 Pro" əməliyyat sistemi (ƏS) ilə işləyən və 1280×768 piksel təsvir ölçülü 8,1 düymlü ekranla təchiz edilmiş "Iconia W3" planşetini təqdim edib. Model 1,8 QHs takt tezlikli ikinüvəli "Intel Atom Z2760" prosessoru, daxili qrafika və 2 QB əməli yaddaşla təchiz edilib.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Acer Iconia W3" planşeti "Wi-Fi", "Bluetooth 4.0" modulları, "microUSB" və "microHDMI" portları, 2 meqapiksellik kamera, konfiqurasiyadan asılı olaraq 32 və ya 64 QB daxili yaddaşla təchiz edilib. Planşet geniş tam formatlı klaviatura ilə təchiz edilə bilər. Cihazın çıxarılma tarixi və qiyməti açıqlanmayıb.

Emil Hüseynov




20/05/13    Çap et