Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hesab.az portalında növbəti “Bakcell həftəsi”nə start verilib


Hesab.az onlayn ödəmələr portalında aprel ayından etibarən "Bakcell həftələri" kampaniyasına start verilib. Nəzərdə tutulan altı "Bakcell həftə"sindən birincisi artıq yekunlaşıb, ikincisi 21-27 may tarixlərində keçirilir.

"ICTnews" elektron xəbər xidmətinin "Hesab.az"a istinadən verdiyi məlumata görə, portal bu müddət ərzində qeydiyyatdan keçən istifadəçilərinə "Bakcell" xidmətləri üzrə aparılan 10 AZN-dək əməliyyatlara görə ikiqat bonus (hər 1 manat 200 bonus xalı), 10 AZN-dən - 20 AZN-dək əməliyyatlara görə üçqat (hər 1 manat 300 bonus xalı), 20 AZN-dən çox əməliyyatlara görə isə dördqat bonus (hər 1 manat 400 bonus xalı) qazandıracaq.

Yığılmış xallar hesabına "Bakcell" abunəçiləri Hesab.az hərraclarında xüsusi hədiyyələr əldə edə biləcəklər. Bu məqsədlə portaldakı bonus hərraclarına mobil operator tərəfindən yüzlərlə "Bakcell" və "Mançester Yunayted" hədiyyələri çıxarılır.

Xatırladaq ki, "GoldenPay" ödəmə texnologiyaları əsasında çalışan Hesab.az portalı mobil operatorlarla bərabər, əksər internet-provayderlər, bütün kabel televiziya şəbəkələr və kommunal şirkətlərinin xidmətlərini bank kartları vasitəsi ilə ödəmək imkanı verir.

CAHANGİR




22/05/13    Çap et