Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Evimdə kompüter yoxdur, sosial şəbəkələrdən istifadə etmirəm”


Müğənni İzzət Bağırov son vaxtlar şou nümayəndələrinin də marağına səbəb olan "Facebook"dan danışıb. O, Axşam.az saytına açıqlamasında sosial şəbəkədən istifadə etmədiyini deyib:

"İndi kimə baxırsan, əlində iPad gəzdirir. İnsanlarda sosial şəbəkəyə maraq çox artıb. Hətta məscidə ibadətə gələnlər də orada internetə girirlər. Sizə bir etiraf edim: mənim evimdə heç kompüter yoxdur. İnternetdən, ümumiyyətlə, istifadə etmirəm. Bütün xəbərləri televizordan izləyirəm. Heç vaxt kompüterə marağım olmayıb. Evimdə 100-dən çox saatım, eynəyim var, amma kompüterim yoxdur".

İ.Bağırov sosial mediada onun adına aid olan səhifələrdən də danışıb: "Sosila şəbəkədə saxta İzzət Bağırovlar çoxdur. Hamı bilsin ki, o adla yazan mən deyiləm".




25/05/13    Çap et