Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows” düyməsi ilə təchiz edilmiş mauslar istehsal ediləcək


"The Windows Blog"da dərc edilmiş yazıya əsasən, "Microsoft" korporasiyası iki simsiz kompüter mausu ("Sculpt Mobile Mouse" və "Sculpt Comfort Mouse") təqdim edib. Sözügedən qurğuların özəlliyi onların korpusunda "Windows" loqotipli klavişin mövcud olmasındadır.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, adıçəkilən klaviş klaviaturadakı "Windows" klavişi kimi eyni funksiyanı yerinə yetirir. "Windows 8" əməliyyat sistemində (ƏS) həmin klavişlər iki interfeys arasında keçid imkan verir.

"Windows 7" ƏS-də həmin klavişə sıxdıqda "Başlat" menyusu açılır. "Sculpt Mobile Mouse" bu ilin mayında, "Sculpt Comfort Mouse" isə iyunda satışa çıxarılacaq. Birinci mausun qiyməti 30, ikincidə isə 40 ABŞ dolları olacaq.

Emil Hüseynov




24/05/13    Çap et