Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Google" şirkəti proqram təminatını gücləndirəcək


"Bloomberg" nəşrinin məlumatına görə, "Google" şirkəti İsrailin "Waze" kartoqrafiya proqram təminatı istehsalçısını satın almaq imkanını müzakirə edir. "Waze" şirkətinə yaxın mənbələrin məlumatına əsasən, o, bir çox alıcının maraq dairəsindədir. "Waze" şirkəti hələ ki rəsmi münasibət bildirməyib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, müasir istifadəçilər getdikcə ənənəvi leptop və masaüstü kompüterlərdən imtina edərək mobil qurğulara üstünlük verirlər.

Nəhəng istifadəçi bazasına malik "Google" və "Facebook" bu tendensiyanı daha yaxşı başa düşür və mobil müştərilər üçün nəzərdə tutulmuş xidmətlər tətbiq edirlər. Kartoqrafiya mobil seqmentdə əsas platformalardan biri sayılır.

Emil Hüseynov




25/05/13    Çap et