Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TQDK “Azərbaycan dili” dərsliyinin müzakirəsini internet vasitəsilə ictimaiyyətə təqdim edəcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Azərbaycan dili” dərsliyinin müzakirəsini internet üzərindən ictimaiyyətə təqdim edəcək.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, mayın 27-də saat 13:00-da TQDK-da keçiriləcək elmi-metodik seminarda ümumtəhsil məktəblərinin 8-ci siniflərində istifadədə olan “Azərbaycan dili” dərsliyinin müzakirəsi aparılacaqdır.

Komissiya müzakirələrin şəffaflığını daha da artırmaq və eləcə də ictimaiyyətin bu müzakirədən daha tez və hərtərəfli xəbər tutması məqsədi ilə TQDK-nın internet saytında canlı yayımlanacaq.

SEYMUR




25/05/13    Çap et