Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti inkişaf etməkdə olan ölkələrdə simsiz interneti inkişaf etdirəcək


Qeyri-rəsmi məlumatlara əsasən, "Google" şirkəti inkişaf etməkdə olan ölkələrin internetlə təmin edilməsi üçün layihə reallaşdırmaq niyyətindədir.

Söhbət internet xətlərinin çəkilməsində problem yaşanan regionlardan gedir. Bu, Afrika qitəsinin Saxara səhrasında cənuba doğru bir hissəsidir.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Google"-un simsiz internet layihəsi, həmçinin Cənub-Şərqi Asiya ölkələrini əhatə etməlidir. Anonim mənbələrin məlumatına əsasən, bir sıra regionlarda qlobal şəbəkəyə çıxış imkanı üçün peyk həllərinin yaranması mümkündür.

"The Wall Street Journal" nəşri yazıb ki, sözügedən proqram "Google"-un daha əvvəl səsləndirilmiş internetə 1 milyard yeni istifadəçi qoşmaq planı çərçivəsində reallaşdırılır.

Emil Hüseynov




27/05/13    Çap et