Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DRİ qeydiyyatda olan radiotezlik istifadəçiləri və radioelektron vasitələrin statistikasını açıqlayıb


Cari ilin 1 iyun tarixinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsində (DRİ) 361 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır.

İdarədən verilən məlumata görə, onlardan 67 istifadəçi dövlət, 243 istifadəçi kommersiya, 23 istifadəçi xarici təşkilat və 28 istifadəçi isə fiziki şəxslərdir. İlin müvafiq dövrü ərzində 2245 ədəd radioelektron vasitəsi (REV) DRİ-də qeydiyyata alınıb.

Hazırda idarədə qeydiyyatda olan REV-in ümumi sayı 40794 ədəd təşkil edir.

CAHANGİR




05/06/13    Çap et