Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Barak Obamaya məşhur video oyunu hədiyyə edilib


ABŞ prezidenti Barak Obama Polşanın baş naziri Donald Tuskadan gözlənilməz hədiyyə alıb. Siyasətçi ABŞ prezidentinə “The Witcher 2 RPG” oyununun kolleksiya nəşrinin surətini hədiyyə edib.
Obama Avropa turu çərçivəsində Polşaya rəsmi səfər edib. Ənənə üzrə, Tuska prezidentə bir neçə suvenir verib. Onların arasında “CD Project Red”dən yeni hazırlanmış “RPG The Witcher 2” oyununun surəti də olub. Lakin Polşa baş nazirinin belə addımı heç kəsi təəccübləndirməyib. “The Witcher 2” yalnız maraqlı video oyun deyil. Bu oyun Ancey Sapkovskonun "Vedmak" kitablar silsiləsi əsasında hazırlanıb.




02/06/11    Çap et