Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-ın ən sürətlə inkişaf edən texnologiya şirkəti hansıdır?


“Forbes” nüfuzlu jurnalı ABŞ-ın ən sürətlə inkişaf edən texnologiya şirkətlərinin reytinqini dərc edib. “LinkedIn” işgüzar sosial şəbəkəsinə malik eyniadlı şirkət sözügedən reytinqdə birinci yerdə qərarlaşıb.

Analitiklərin hesablamasına əsasən, yalnız son ildə onun mənfəəti 80% artıb, şirkətin illik dövriyyəsi isə 3 il ərzində 102% artıb.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Forbes” jurnalının tərtib etdiyi reytinqdə ikinci yerdə dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” qərarlaşıb. Onun dövriyyəsi 87% artıb. “Apple” şirkəti üçüncü olub, onun illik dövriyyəsi 55% artıb.


Emil Hüseynov




07/06/13    Çap et