Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iTunes Radio” musiqi xidməti istifadəyə verilib


“Apple” şirkəti dünən axın rejimində musiqiyə qulaq asmaq üçün “iTunes Radio” xidmətini təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sözügedən xidmətdə istifadəçi dinlədiyi musiqi kompozisiyası əsasında öz radiostansiyasını yarada bilər. Bəyənilməyən musiqi parçalarını ötürmək, bəyənilənləri isə “iTunes” mağazasından satın almaq olar.

Adıçəkilən "radio" “Led Zeppelin” qrupunun kompozisiyasını yayımlayacaq ilk musiqi xidməti olacaq. Xidmət ödənişsiz olacaq, lakin “iTunes Match”-a abunə olmayan istifadəçilər reklam elanlarını dinləməli olacaqlar.

“iTunes Radio” xidməti “iOS” mobil əməliyyat sisteminin tərkibinə daxil olan "Musiqi" tətbiqinə daxil ediləcək. “Apple” şirkəti “WWDC” konfransında “iTunes Radio” musiqi xidmətindən başqa, “MacBook Air” və “Mac Pro” kompüterlərini və “OS X Mavericks” və “iOS 7” əməliyyat sistemlərini nümayiş etdirib.

Emil Hüseynov




11/06/13    Çap et