Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi artıb


Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-may aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1,8 dəfə artaraq 901,1 min manat olub.

Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 87,3 faizini hüquqi, 12,7 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 843,2 min manatını (93,6 faizini) qeyri ərzaq malları təşkil edib.

CAHANGİR




12/06/13    Çap et