Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli provayder yeni kampaniya keçirir


“SuperOnline” internet provayderi yeni kampaniyaya start verib. “ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, kampaniya çərçivəsində internet provayderin abunəçiləri 1 ay internet xidmətindən ödənişsiz istifadə etmək imkanı əldə edirlər.

Belə ki, kampaniyanın şərtlərinə görə, iyunun 1-dən, avqustun 31-nə kimi 3 aylıq abunə haqqını ödəyən abunəçilərin hər birinə “SuperOnline” 1 ay pulsuz internet hədiyyə edir.

CAHANGİR




12/06/13    Çap et