Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone 8” mobil əməliyyat sistemi populyarlaşır


"AdDuplex" şirkətinin məlumatına əsasən, "Windows Phone 8" əməliyyat sistemi (ƏS) ilə işləyən smartfonların bazar payı "Windows Phone 7" ƏS ilə işləyən qurğuların həcmini ötüb.

Xatırladaq ki, "Windows Phone 8" ƏS ilə işləyən smartfonların satışlarına 2012-ci ilin oktyabrında başlanılıb. "ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "AdDuplex" şirkəti hesabatı reklam platformasından istifadə edən 700-dən çox tətbiqdən topladığı məlumatlar əsasında tərtib edib.

Emil Hüseynov




13/06/13    Çap et