Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” daha bir satınalma həyata keçirib


“Yahoo!” şirkəti “i”-qurğular üçün “KitCam” və “PhotoForge2” foto tətbiqləri istehsalçısı “GhostBirds Software”-ni (GBS) satın alıb. Sazişin detalları açıqlanmır. İnternet-şirkət “Flickr” foto xidmətini təkmilləşdirmək istəyini səbəb kimi göstərib.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “iPhone” smartfonu üçün “KitCam” və “PhotoForge” tətbiqləri vasitəsilə fotolar üzərində əməliyyatlar aparmaq mümkündür. “GBS” elan edib ki, sözügedən tətbiqlərin yeni versiyaları çıxarılmayacaq.

Ehtimal ki, “Yahoo!” onların əsas funksiyalarını “Flickr”-in əsas tətbiqinə inteqrasiya edəcək, ya da öz analoqlarını buraxacaq.

Emil Hüseynov




14/06/13    Çap et