Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Kasperski Laboratoriyası" İsraildə regional ofisini açır


"Kasperski Laboratoriyası" İsraildə regional ofisini açıb. Təl-Əvivdə yerləşəcək yeni ofis şirkətin biznesinin inkişafı üzərində işləyəcək, həmçinin ölkə ərazisində "Kasperski Laboratoriyası" məhsullarının satış və marketinq dəstəyini həyata keçirəcək.

Xatırladaq ki, sözügedən şirkət İsrail bazarına 2001-ci ildə çıxıb.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, ötən illər ərzində "Kasperski Laboratoriyası" İsrailin İT təhlükəsizlik bazarının aparıcı "oyunçu"larından birinə çevrilib.

Emil Hüseynov




15/06/13    Çap et