Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype Video Messaging” hamı üçün əlçatan olub


Bu gündən etibarən istənilən "Skype" istifadəçisi həmsöhbəti cari anda internetdə olmadığı halda belə ona video mesaj göndərə biləcək. Sözügedən funksiya ilk dəfə bu ilin fevralında təqdim edilib və o vaxtdan etibarən sınaq mərhələsində olub.

"Skype"-dan verilən məlumata əsasən, "Video Messaging" funksiyası artıq internet-telefoniya sisteminin bütün istifadəçilərinə əlçatandır. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bu imkan "Windows 8", "Mac", "iPhone", "iPad", "Android" və "BlackBerry" üçün əlçatandır. Video mesajlara texniki limit yoxdur: istifadəçi istədiyi qədər mesaj göndərə bilər. Bu halda, mesajların müddəti 3 dəqiqədən çox ola bilməz.



Emil Hüseynov




18/06/13    Çap et