Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!”-ya ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən 12 mindən çox sorğu daxil olub


Amerikanın “Yahoo!” şirkəti dünən onun xidmətlərindən yararlanan istifadəçilərin fərdi məlumatları ilə bağlı ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən verilən sorğuların sayı haqqında məlumatları açıqlayıb.

Korporasiyanın məlumatına görə, 2012-ci il dekabrın 1-dən 2013-cü il mayın 31-dək şirkətə qətllərin araşdırılması, adam oğurluğu və fırıldaqçılıq halları ilə əlaqədar 12-13 min sorğu daxil olub.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Demokratiya məsuliyyət tələb edir" – bununla əlaqədar olaraq “Yahoo!”-nun direktoru Marissa Mayer deyib.

Həmçinin bildirilib ki, şirkət yaxın gələcəkdə ilk “Şəffaflıq hesabatı”nı təqdim etmək niyyətindədir. Sözügedən hesabatda dövlət strukturlarının sorğuları haqqında məlumatlar açıqlanacaq.

Emil Hüseynov




18/06/13    Çap et