Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da elan verənlərin sayı 1 milyonu ötüb


"Facebook" sosial şəbəkəsi bildirib ki, onun aktiv elan verənlərinin sayı 1 milyonu ötüb. Şirkət etiraf edib ki, hazırda "Facebook"da elan verənlərin böyük əksəriyyəti Qərbin kiçik biznes nümayəndələridir. Həmçinin bildirilib ki, bir çox biznes nümayəndələri öz məhsul və xidmətlərinin irəliləyişi məqsədi ilə "Facebook" sosial şəbəkəsində korporativ səhifələr yaradırlar.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkət bir elan verəndən orta hesabla aldığı məbləğin həcmini açıqlamayıb. Elan verənlərin əksəriyyəti ABŞ və Kanada şirkətləridir.

"eMarketer" şirkətinin qiymətləndirməsinə görə, 2012-ci ildə ABŞ-da onlayn reklam üçün sərf olunan ümumi xərclərin həcmi təxminən 32 milyard dollar təşkil edib. "Facebook"da elan verənlərin əksəriyyəti – bu, resursun istifadə imkanlarını genişləndirməyə qərar vermiş sosial şəbəkənin dünənki istifadəçiləridir" – "Facebook"un kiçik bizneslə iş üzrə direktoru Den Levi deyib.

Onun sözlərinə görə, hazırda reklam hesabları "Facebook"un mənfəətinin 85%-ni təşkil edir.

Emil Hüseynov




19/06/13    Çap et