Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” artıq videoçarxları dəstəkləyir


“Facebook” dünən Nyu-Yorkda keçirdiyi mətbuat konfransında populyar “Instagram” fotomübadilə xidmətinin yenilənmiş funksionalını təqdim edib. Şirkət bildirib ki, yenilənmiş xidmət artıq videoçarxları dəstəkləyir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sözügedən xidmətin həmtəsisçisi Kevin Sistrom deyib ki, xidmətin istifadəçiləri 15 saniyəlik çarxlar çəkə və mübadilə edə bilərlər. Həmçinin çarxları redaktə etmək olar.

Hazırda “Instagram” xidmətinin təxminən 100 milyon istifadəçisi var. “Instagram” istifadəçiləri artıq videoçarxları həm “iOS”, həm də “Android” platforması ilə işləyən qurğulardan çəkə və onlara “iOS” və “Android” tətbiqlərində və veb-versiyada baxa biləcəklər.

Emil Hüseynov




21/06/13    Çap et